TOP 10

“Sivasspor”da koronavirusa yoluxan futbolçuların sayı artdı

Dünya Futbolu
Tarix: 2020-11-20 21:00

Türkiyənin “Sivasspor” klubunun kollektivindən Super Liqanın 8-ci turu çərçivəsində “Fatih Karagümrük”ə qarşı keçiriləcək səfər oyunu öncəsi koronavirus testi götürülüb. Sport24.az xəbər verir ki, testlər nəticəsində daha iki futbolçunun COVİD-19 testi pozitiv çıxıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onlardan birinin millinin düşərgəsindən gələn oyunçu olduğu diqqətə çatdırılıb.


Bununla da test nəticəsi müsbət olan oyunçuların sayı 5-ə çatıb. Onların heç birinin adı açıqlanmayıb.


“Sivasspor” Avropa Liqasının I qrupunda “Qarabağ”ın rəqiblərindən biridir. İlk oyunda bu rəqibinə 0:2 hesabıyla uduzan Ağdam klubu Sivas təmsilçisi ilə noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda üz-üzə gələcək.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB