TOP 10

“Qarabağ”ın rəqibində koronavirus şoku: 4 yoluxma

Dünya Futbolu
Tarix: 2020-11-20 16:00

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı 4-ə çatıb. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxanlardan ikisi əsas heyət üzvüdür. Virusa yoluxanların adları açıqlanmayıb. 
 

Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.


Avropa Liqasının qrup mərhələsinin növbəti turunda İstanbuldakı “Başakşəhər” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da oynanılacaq.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB