TOP 10

"Sabah"ın baş məşqçisi: "Fasilə olsun və ya olmasın, bu, məqsədimizi dəyişə bilməz"

Futbol
Tarix: 2020-11-20 11:00

“Oyuna hazırlığımız çox yaxşı gedir. Komanda “Səbail”lə matça çox istəklə hazırlaşır”. Sport24.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Visente Qomes deyib.

 

Paytaxt təmsilçisi qarşıdakı matçda koronavirusa yoluxan Təmkin Xəlilzadənin xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Bəhlul Mustafazadə, Slavik Alxasov, Filip İvanoviç və yarımmüdafiəçi Yevgeni Koçuk isə zədədən əziyyət çəkir.

 

İspaniyalı mütəxəssis onların Premyer Liqanın X turunda “Səbail”lə oyunda iştirakının sual altında olduğunu söyləyib: “Bəzi futbolçularımızın durumu, sabah baş tutacaq qarşılaşmada meydana çıxıb-çıxmayacağı hələ tam bəlli deyil. Bu gün bütün bunlara aydınlıq gələcək”.

 

49 yaşlı çalışdırıcı ardıcıl 6 oyunluq məğlubiyyət seriyasına son qoymaq niyyətində olduqlarını vurğulayıb: “Hazırda yalnız qarşıdakı oyuna köklənmişik və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Milli komandanın oyunları ilə əlaqədar fasilə olsun və ya olmasın, bu, bizim məqsədimizi dəyişə bilməz. Hazırda tək hədəfimiz “Səbail”lə görüşdən qələbə ilə ayrılmaqdır”.
 

  •  
30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB