TOP 10

“Makkabi”nin baş məşqçisi “Qarabağ”la matça final gözü ilə baxır

Futbol
Tarix: 2020-11-19 20:29

“Demək olar ki, üç gündən bir oyun keçirəcəyik. Beş həftə ərzində 11 matçdan ibarət marafondan üzüağ çıxmalıyıq”. Sport24.az xəbər verir ki, bu fikirləri Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Giorqos Donis deyib.

 

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İsrail təmsilçisinin 51 yaşlı çalışdırıcısı bu ilin sonunadək onları çətin dönəmin gözlədiyini söyləyib: “Qalan müddətdə çempionatda 8, Avropa Liqasında isə 3 oyunumuz var. Sıx təqvimdə çıxış etmək çətindir. Buna baxmayaraq, hər qarşılaşmaya ayrı-ayrı yanaşacağıq, hər görüş bizim üçün final kimidir. Yaxşı formada olduğumuzu göstərməli, baxımlı oyun göstərməli və uğurlu nəticə əldə etməliyik”.

 

Qeyd edək ki, “Makkabi” ilə “Qarabağ” Avropa Liqasının V turu çərçivəsində dekabrın 3-də üz-üzə gələcək.
 

  •  
30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB