TOP 10

"Qarabağ"ın sabiq legioneri Çin klubunun tarixinə düşdü

Futbol
Tarix: 2020-11-19 17:40

"Qarabağ"ın sabiq legioneri Dino Ndlovu rekorda imza atıb. Sport24.az xəbər verir ki, 30 yaşlı hücumçu çıxış etdiyi Çinin "Çjetszyan Qrintaun" klubunun tarixinə düşüb.

 

Belə ki, cənubi afrikalı forvard klubun ən çox qol vuran oyunçusu ünvanını ələ keçirib. Çində olduğu müddətdə 65 oyuna 42 qol vuran Dino 88 qarşılaşmada 41 dəfə fərqlənən braziliyalı forvard Anselmo Ramonun rekordunu qırıb.

 

Ndlovu Super Liqaya vəsiqə uğrunda ilk pley-off matçında "Uhan Çjoer"i məyus edib. Təcrübəli forvard 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu noyabrın 22-də olacaq.

 

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB