TOP 10

Tarixdə ilk - Canni de Byaziylə gəldi

Futbol
Tarix: 2020-11-15 19:00

Azərbaycan millisi ardıcıl 3-cü oyunda qolsuz heç-heçəyə imza atıb. Sport24.az xəbər verir ki, UEFA Millətlər Liqasının iki, yoldaşlıq oyunları çərçivəsində bir qarşılaşmada 0:0 hesabı qeydə alınıb.

 

Oktyabrın 13-də Kipr, noyabrın 14-də isə Monteneqro ilə Millətlər Liqasındakı ev matçlarında qalib müəyyənləşməyib. Canni de Byazilin yetirmələri iki oyunun arasındakı dövrdə - noyabrın 11-də isə Sloveniya ilə də qolsuz sülh yaşanıb.

 

Bu, millimizin 28 illik tarixində ilk belə hadisədir. Belə ki, indiyədək yığmamız heç vaxt ardıcıl 3 qolsuz oyun keçirməyib. Düzdür, ardıcıl iki dəfə 0:0 hesabının qeydə alınması normal çevrilib. Hər halda 5 dəfə belə seriya yaşanıb. 1995-96-cı illərdə Polşa (AVRO-1996-nın seçmə oyunu)  və Estoniya (yoldaşlıq görüşü), 1998-ci ildə Estoniya və Andorra (hər ikisi beynəlxalq turnir), 2000-ci ildə Andorra (beynəlxalq turnir) və Gürcüstan (yoldaşlıq oyunu), 2002-ci ildə Estoniya və Latviya (hər ikisi yoldaşlıq oyunu), 2015-ci ildə Norveç və Xorvatiya (hər ikisi AVRO-2016-nın seçmə oyunu) ardıcıl qolsuz heç-heçələrlə nəticələnib.

 

Ümumilikdə isə yığmamız tarixində 35-ci dəfə oyunu 0:0 hesabı ilə başa çatdırıb.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB