TOP 10

Millimiz azlıqda qalan Monteneqro ilə heç-heçəyə razılaşdı

Futbol
Tarix: 2020-11-14 22:54

Bu gün futbol üzrə Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Monteneqro ilə qarşılaşıb.


Qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan qarşılaşma Canni de Byazinin yetirmələrinin sonuncu ev oyunu olub. Lakin millimiz məlum səbəblərdən rəqibini ölkə xaricində – Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionuna qəbul edib. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Halbuki, rəqib ikinci hissəni bütövlükdə azlıqda keçirib. Amma yığmamız bu üstünlükdən də yararlana bilməyib.


Qeyd edək ki, qrupun digər matçında Lüksemburqla Kipr üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu qarşılaşma isə meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.


UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup

14 noyabr


Azərbaycan – Monteneqro 0:0
Qırmızı vərəqə: İ.İvanoviç, 45+1 (ikinci sarı).
Baş hakim: Sergey İvanov (Rusiya).
Zapreşiç (Xorvatiya). İvan Laylak-İviç stadionu.


Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 10. Rəhim Sadıxov. 11. Mahir Emreli. 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Rahil Məmmədov, 8. Şəhriyar Əliyev, 9. Ramil Şeydayev, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 18. Mert Çetin, 19. Mirabdulla Abbasov, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.
Monteneqro: 12. Milan Miyatoviç, 2. Aleksandar Sofranaç, 5. İqor Vuyaçiç, 6. Risto Radunoviç, 7. İqor İvanoviç, 8. Marko Bakiç, 9. Stefan Muqoşa, 10. Stevan Yovetiç (k), 17. Sead Hakşabanoviç, 19. Aleksandar Sçekiç, 23. Adam Maruşiç.
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Saşa Baliç, 4. Marko Vuçkeviç, 11. Fatoş Beçiray, 14. Vukan Saviçeviç, 16. Vladimir Yovoviç, 18. Neboyşa Kosoviç, 20. Dino İslamoviç, 21. Aleksandar Bolyeviç, 22. Miloş Raiçkoviç.
Baş məşqçi: Faruk Hacibegiç.


Kipr – Lüksemburq 2:1
Qol: Kastanos, 34-pen; 71 – Kusulos, 5-öz qapısına.


Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB