TOP 10

"Neftçi"də dəyişikliklər - Məmmədov göndərildi, yeni baş məşqçi bilindi

Futbol
Tarix: 2020-11-11 14:16

"Neftçi" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayrılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə cari mövsümün sonunadək olan müqaviləyə xitam verilib. 

 

Məmmədov 2018-ci ilin yayında "ağ-qaralar"a gələrək əvvəlcə əsas komandada Roberto Bordinin köməkçisi idisə, italiyalı mütəxəsisin qış fasiləsində istefaya göndərilməsindən sonra onun yerinə baş məşqçi postuna gətirilmişdi. 

 

"Ağ-qaralar"ın yeni baş məşqçisi də artıq bəllidi. Bu, Samir Abasovdu. 42 yaşlı mütəxəssis bunadək "Sumqayıt" və "Zirə"də baş məşqçi olara,  son 11 ayda işsiz idi. 

 

Onu da bildirək ki, "Neftçi"də daha bir kadr dəyişikliyi olub. Belə ki, Ceyhun Sultanov idman direktoru vəzifəsindən çıxarılıb. O, 2018-ci ilin fevralından "Neftçi"də bu postda çalışırdı.

 

Xatırladaq ki, "Neftçi" Premyer Liqanın son turunda evdə "Qarabağ"a 0:6 hesabıyla uduzub. 

 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB