TOP 10

“Qarabağ” darmadağınla zirvədə, “Sabah”dan ardıcıl 6-cı məğlubiyyət

Futbol
Tarix: 2020-11-08 18:57

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.


Əvvəlcə “Bakcell Arena”da “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib. Azərbaycan derbisində qalib gələn komanda liderliyə yüksələcəkdi. Ötən tur “Keşlə”ni darmadağın edən “Qarabağ” bu dəfə də əzəli rəqibinə böyük hesabla qalib gəlib.


Günün sonuncu matçında isə “Sabah” Masazırda “Zirə”ni qəbul edib. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin “Sabah”ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınmışdı. Qarşılaşmanın taleyini bir qol həll edib. Zirəlilər səfər matçından 3 xalla qayıdıblar. Bu, Visente Qomesin rəhbərlik etdiyi “Sabah”ın ardıcıl altıncı məğlubiyyətidir.


Qeyd edək ki, ilk oyun günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etmişdi.


Azərbaycan Premyer Liqası
9-cu tur

8 noyabr


“Neftçi” – “Qarabağ” 0:6
Qol: F.Ozobiç, 20; 29-pen; 52. M.Emreli, 39. A.Zubir, 50. M.Qurbanlı, 75.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”.


Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 91. Tallison Dias, 29. Sabir Buqrin, 13. Prins İbara, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.


“Sabah” – “Zirə” 0:1
Qol: A.Ramazanov, 58.
43-cü dəqiqədə R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Qırmızı vərəqə: M.Albino, 90 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”.


Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 19. Təmkin Xəlilzadə, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB