TOP 10

De Byazinin narahat olduğu futbolçu - üçtərəfli görüşdən sonra məsələ aydınlaşdırıldı

Futbol
Tarix: 2020-11-03 17:00

"Krivotsyuk millinin son oyunlarına dəvət olunanda artıq əvəzedici komandaya göndərilmişdi. Təbii ki, bu, millinin baş məşqçisini narahat edirdi. Canni de Byazi futbolçunun özüylə də söhbət eləmişdi". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov bildirib.

 

Məlumdu ki, "Neftçi" millimizin də üzvü olan müdafiəçisi Anton Krivotsyuku xeyli müddətlik əvəzedici heyətinə göndərdi. Nəticədə əsas komandanın məşqlərindən kənarda qalan 21 yaşlı futbolçu I Divizionda oynamaqla kifayətlənməli oldu. Əsədovun sözlərinə görə, millimzin italiyalı baş məşqçisi Canni de Byazi Azərbaycana gələndən sonra klub rəhbərliyi ilə görüşməyi, eyni zamanda Antonla bir daha bu haqda söhbətləşməyi lazım bilib: "Çünki belə davam edə bilməzdi. Axı, millinin futbolçusu əvəzedici heyətdə çıxış edirsə, deməli, getdikcə həmin oyun praktikasından məhrum olur, o sürət olmur. Bunun təsirinin olacağından baş məşqçi narahat idi. Ancaq görünür, son üçtərəfli - klub rəhbərliyi - futbolçu - de Byazi arasında olan görüşdən sonra məsələ aydınlaşdırıldı və hər şey qaydasına düşdü. Gördüyünüz kimi, Anton Premyer Liqanın son turunda "Sumqayıt"la matçında əsas heyətdə oynadı və 90 dəqiqə meydanda oldu. Təbii ki, həm bu, həm milli üçün yaxşıdı, həm də futbolçunun özünə".

 

Xatırladaq ki, Krivotsyuk cəzalı olduğundan, millimizin UEFA Millətlər Liqasında qarşıdakı görüşünü - Monteneqro yığmasıyla Zaqrebdəki ev matçını buraxmalı olacaq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB