TOP 10

“Qəbələ”nin “Sabah”la 13-cü dueli

Futbol
Tarix: 2020-10-30 19:30

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrə start götürəcək. Sport24.az xəbər verir ki, “Qəbələ” 8-ci turun matçını evdə keçirəcək.


“Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək. Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü matçı olacaq. İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. 7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən əyalət futbolçuları 12 qol buraxıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.


Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 10:7. Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Bu komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb – 8:6.


Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB