TOP 10

Super Liqa matçı təxirə salındı - güclü zəlzələyə görə

Dünya Futbolu
Tarix: 2020-10-30 18:30

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, Türkiyə Super Liqasının 7-ci turunda keçirilməsi planlaşdırılan "Göztəpə" – "Alanyaspor", 1-ci Liqada isə "Menemenspor" - "Ankaraspor" və "Altınordu" - "Bandırmaspor", 3-cü liqada "Berqama Belediyespor" - "KozanSpor" görüşləri təyin olunan vaxtda keçirilməyəcək. Bu oyunların hamısı oktyabrın 31-də baş tutmalı idi.


Qeyd edək ki, İzmirdə 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində ilkin məlumatlara görə 4 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB