TOP 10

Almaniyalı mütəxəssisdən dəstək: "Qarabağ Azərbaycanın tarixi ərazisidir" - VİDEO

Futbol
Tarix: 2020-10-30 18:00

AFFA-nın sabiq texniki direktoru Bernhard Lippert Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəstək olub. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəsis ermənilərin mülki insanları hədəfə almasını terror aktı adlandırıb: "Adım Bernhard Lippertdir. Son bir neçə ildə Azərbaycanda, Bakıda yaşamışam. Möhtəşəm ölkə, mədəniyyət və həddindən artıq qonaqpərvər insanlar...

 

Orada hər zaman isti ürək və hörmətlə qarşılanmışam. Azərbaycan ikinci evimdir.

 

Hazırda baş verənlərlə bağlı öz dəstəyimi göstərmək istəyirəm. Hamımız bilirik ki, müharibə itki və qurbansız olmur. Amma mülki insanları öldürmək terror aktıdır. Hər kəs bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrində də öz əksini tapıb. Dünya isə hələ də baxır. Demək istəyirəm ki, Qarabağ Azərbaycandır!”

 

Qeyd edək ki, 2008-ci ildən bu yaya kimi Azərbaycanda çalışmış Lippert hazırda Qana Futbol Federasiyasında texniki direktor olmaqla yanaşı, bütün milli komandalara cavabdehlik daşıyır. 

 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB