TOP 10

Qardaş ölkədə sensasiyaya çox az qalarkən - "Qarabağ"ı Emerinin əvəzetmələri xalsız qoydu

Futbol
Tarix: 2020-10-30 15:41

Avropa Liqasında 2-ci oyun, 2-ci məğlubiyyət. Avrokuboklarda qalan yeganə təmsilçimiz "Qarabağ" bu aqibətlə üzləşdi. Qurban Qurbanovun komandası 2 il əvvəl də bu turnirin qrupunda belə start götürmüşdü və maraqlıdı ki, onda da 2-ci məğlubiyyətini məhz Unay Emerinin komandasından evdə almışdı. Sadəcə, fərq ondadır ki, bu təcrübəli mütəxəssis həmin vaxt London "Arsenal"ını çalışdırırdı və ona Bakı Olimpiya Stadionunda uduzmuşduq - 0:3. 

 

İndisə Emeri "Vilyarreal"la Ağdam təmsilçisinin qarşısına çıxmışdı və ən vacibi, bu dəfə görüş nəinki Bakıda, Azərbaycandan yox, ondan kənarda keçirilirdi. UEFA Dağlıq Qarabağda hərbi əməliyyatlara görə ölkəmizdə bayrağı altında oyunlarına keçirilməsinə qadağa qoyub. AFFA və "Qarabağ"ın birgə səylərindən sonra Avropa ali futbol qurumu Azərbaycan tərəfinin israrı qarşısında dayanmadı və qardaş ölkə Türkiyədə rəqiblərimizi rəqib etməyə icazə verdi.

 

9 il əvvəl açılan, Türkiyə futbolunun "İmperator"unun adı verilən "Başakşehir Fatih Terim" ardıcıl 2-cu gün avrokuboklarda qrup matçını qəbul etdi. Bir gün əvvəl yerli "Başakşehir" Çempionlar Liqasının son finalçısı PSJ-ni qəbul edirdisə, ertəsi "Qarabağ" orda "Vilyarreal"ı qonaq etdi. Ölkəmizə həmişə, xüsusilə hərbi əməliyyatların getdiyi son 1 ayda böyük dəstək göstərən Türkiyə futbolda da doğmalıq göstərdi. Bunu hələ arenaya yaxınlaşanda küçələrdə şüarlardan da görmək, arenaya daxil olanda sonra isə o istiliyi hiss etmək mümkün idi. Azərbaycandan ezam olunan çoxsaylı azərbaycanlı jurnalistlər də stadionun ətrafında qardaş ölkəyə, öz ölkəmizə və Ağdam klubuna dəstək xarakterli plakatlar açmasını özünə mənəvi borc saydı. Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar diqqət çəkiirdi. Bizlər işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan ölkəmizə dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığımızı çatdırdıq. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də ünvanladıq.

 

"Qarabağ"ın budəfəki rəqibi daha güclü, qrupun aşkar favoriti olduğundan, məğlubiyyət əslində, gözlənilən idi. Ancaq Təl-Əviv "Makkabi"siylə matçdan fərqli görməyə adət etdiyimiz, oyunuyla rəqibinə çətin anlar yaşadan  "Qarabağ"ı gördük. Qurban Qurbanovun komandası oyuna yetərincə inamla başladı və ilk hissədə meydanda dominant edən tərəf idi. Təsəvvür etmək çətin olsa da, Primeronun son turunadək lider olan bir komanda daha çox müdafiə olunurdu. Topa nəzarət əsasən bizdə idi, rəqib isə əks-hücumlara bel bağlayırdı. Sadəcə, məsələ ondadır ki, bunları etdikləri zamanı qapımız qarşısında real qol imkanları yaranırdı. Hər halda, qapıçımız Şahrudin Məhəmmədəliyev ustalığını nümayiş etdirməli, iki dəfə topu tirin altından çıxarmalı oldu. Bir dəfə isə "Vilyarreal"ın əsas qol ümid olan təcrübəli hücumçu Karlos Bakkanln baş zərbəsi dirəkdən qayıtdı. Ancaq "Qarabağ" rəqib qapısı qarşısında belə vəziyyətlər yarada bilmədi. Xüsusilə Abdullah Zubir topla gözəl davranmasıyla seçilsə də, real qol şansımız yox idi. 

 

Aydın məsələ idi ki, təmsilçimizin ikinci hissədə işi daha çətin olacaqdı. Belə güclü rəqiblə 90 dəqiqə belə templə oynamaq müşkül məsələ idi. Son vaxtlar sıx qrafikdə oynaması nəticəsində yüklənən "Qarabağ"ın futbolçularında yorğunluq özünü göstərməyə bilməzdi. Ehtiyat oyunçular skamyası isə məlum olduğu kimi, əvvəlkitək uzun deyil. İkinci hissədə artıq meydan sahibləri daha çox müdafiə olunaraq ümidlərini əks-hücumlara bağlayırdı. Təzyiqi artıran ispanların qol imkanları bir-birlərini əvəzləyirdi. Məhəmmədiliyevin reaksiya verə bilmədiyi epizodlarda ya top "çərçivə"yə düşmürdü, ya da tordan çöldən silkələyirdi. 

 

İkinci hissənin ortasından komandalar qoşa əvəzləmələr etməyə başladılar. Qurbanov ilk dəqiqələrdən passivlərində "sarı" olmalarıyla əl-qolları bağlanan Filip Ozobiçlə Xayme Romeronu Uroş Matiç və Mahir Emreliylə əvəzlədi. Bəli, "Qarabağ"ın əsas heyət üzvü sayılan, yay transferi olan Matiç artıq yavaş-yavaş mövqeyini əldən verir. Start heyətində meydana çıxdığı matçlarda demək olar həmişə əvəzlənən, fiziki hazırlığı tam istənilən səviyyədə olmayan, ləng oynayan Matiç yarımmüdafiənin mərkəzində yerini daha cəld, sürətli Patrik Andradeyə verir. Ancaq onu da qeyd etməliyik ki, "Qarabağ"ın ilk ən real qol imkanını da məhz Uroş yaratdı. Ancaq onun zərbəsindən sonra top dirəyin lap yanından keçdi. Bundan cəmi 1 dəqiqə sonra - 78-ci dəqiqədə "Vilyarreal"ın qapıçısı topu tordan çıxarmağa məcbur oldu. Andradenin gözəl ara ötürməsindən sonra Ovusu Kvabena topu uzaq küncə dəqiq yönətldi. Mərkəz hücumçu kimi yox, Romeronun əvəzlənməsindən sonra sağ cinah yarımmüdafiəçisi mövqeyinə çəkiləndən sonra fərqlənən Ovusu bunadək İspaniyada legioner həyatı yaşamışdı və ilk dəfə Primero təmsilçisinin qapısına qol vururdu. 

 

Ancaq təəssüf ki, qol sevincimiz çox az çəkdi. Belə anlarda qol vurandan sonra heç olmasa 5 dəqiqə qapında top görməmək vacibdi ki, duruş gətirəsən və yekunda istədiyin nəticəni qazana biləsən. Ancaq cəmi 2 dəqiqədən sonra tablodalı rəqəmlər bərabərləşdi. Emeri azərbaycanlı həmkarından sonra üç əvəzləməni edərək, oyunu daha da gücləndirdi. "Vilyarreal"ın qollarının müəllifləri də məhz sonradan meydana çıxanlar oldu. Əvvəlcə Yeremi Pino Abbas Hüseynovu aldadaraq yaxın küncü dəqiq nişan aldı. Bundan 5 dəqiqə sonra isə artıq qonaqlar hesabda irəlidə idi. Rahil Məmmədov qapı xəttinin yanında topu rəqibdən alsa da, onu uzaqlaşadıra bilmədi. Bundan isə bombardirlik keyfiyyətləriylə seçilən təcrübəli hücumçu Pako Alkaser maksimum yararlandı.

 

Sonradan meydana çıxan İspaniya yığmasının bu forvardı dubla imza atmaqla matçda son nöqtəni qoydu. Bu isə çexiyalı baş hakim Pavel Orelin son saniyələrdə təyin etdiyi, mübahisəli penaltidən sonra reallaşdı. Qurbanovun oyundan sonra mətbuat konfransında doğru vurğuladığı kimi, Miroslav Zelinkadan bu yana çexiyalı hakimlər "Qarabağ"la yola getmirlər. Oyunun ilk dəqiqələrində birdən-birə 3 əsas futbolçumuzun (Romero və Ozobiçlə yanaşı, Andradeyə) oyunda ilk qayda pozuntularını bağışlamayaraq, onları sarı vərəqəylə cəzalandırdl. Hakim simpatiyası isə adət edilən kimi meydan sahiblərinə yox, qonaqlara oldu. Hər halda, Orelin ispan futbolçuların aşkar qayda pozuntularına loyal münasibətinin şahidi olduq. 

 

Təbii, bu, "Vilyarreal"ın 3:1 hesablı layiqli qələbəsinə kölgə sala bilməz. Buraxdıqları qol ispanları sanki ayıltdı və onlar ustalıq səviyyəsində olan fərqli bundan sonra qısa müddətdə göstərərək nəticəni müəyyənləşdirdilər. Hesab isə açılmasaydı, yekunda da tablodakı "0-lar"ı dəyişməyəcəyi gözlənilən idi. Ancaq vurduğumuz qol işimizə yaramadı, sonda bizə 1 xal da qazandırmadı. 

 

Ümumilikdə götürdükdə isə sensasiyaya yaxın olan "Qarabağ" xoş təsir bağışladı. Təsadüfi deyil ki, Emeri mətbuat konfransında Azərbaycan çempionunun çox şən, cəlbedici futbol göstərdiyini vurğuladı. Əlbəttə, yenə də ön planda legionerlərimizdi. Yerli futbolçulardan Rahil Məmmədovla Abbas Hüseynovun qollarda xətaları olsa da, onlardan ciddi narazı qala da bilmərik. Əvvəla, bu futbolçular "Qarabağ"da uzun illər əsas heyət üzvləri sayılmayıblar. Abbas bu mövsümdən start "11-liy"ində möhkəmlənərək artıq miliyə də cəlb olunur və son 2 ayda çox sıx qrafikdə oynayaraq inamlı təsir bağışlayır. Rahil isə ilk rəsmi matçına yalnız Premyer Liqamızda ötən turda çıxdı və Bədavi Hüseynovla Maksim Medvedevin zədə üzündən tam hazır olmadıqları bir vaxtda ispanlar qarşısına özünü itirmədi. Yalnız Mahir Emrelinin zədədən sonra hələ ki özünə gələ bilmədiyini deməliyik ki, bu dəfə də meydanda olduğu müddətdə heç nəylə yadda qalmadı.

 

Qrupumuzda gizli favorit olan "Makkabi" də 2-ci qələbəsini qazanandan sonra "Vilyarreal"la birgə pley-offa çıxmağa əsas namizəd oldu. Belə olan halda, işini çətinə salan "Sivasspor"un son şans məhz "Qarabağ"la qoşa matçlar olacaq. Elə təmsilçimiz üçün də - qrupdan çıxmağa iddia ediriksə...

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-İstanbul-Bakı

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB