TOP 10

Avroliqa tarixində rekord məsafədən qol vuruldu - VİDEO

Dünya Futbolu
Tarix: 2020-10-30 15:18

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində E qrupunun "Omoniya" (Kipr) – PSV (Niderland) qarşılaşmasında yeni rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, "Omoniya"nın futbolçusu Avroliqa tarixində ən uzun məsafədən qol vurub.


Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub.


Qeyd edək ki, qarşılaşma PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qomes bununla Şotlandiyanın "Reyncers" klubunun oyunçusu Kemar Rufun rekordunu yeniləyib. O, oktyabrın 22-də Belçikanın "Standard" komandasına 50 metrlik məsafədən qol vurmuşdu.


01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB