TOP 10

“İnter” hücumçusunu itirdi

Dünya Futbolu
Tarix: 2020-10-30 13:21

İtaliyanın “İnter” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

Belçikalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Donetsk “Şaxtyor”u ilə (Ukrayna) oyunda (0:0) zədələnib. Müayinədən keçən forvardın sol budundan zədə aldığı bildirilir. Belçikalı futbolçunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.


Lukakunun Çempionlar Liqasının növbəti turunda keçiriləcək “Real”la oyunda iştirakı sual altındadır.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB