TOP 10

“Zirə”nin “Səbail”lə 13-cü qarşılaşması

Futbol
Tarix: 2020-10-30 12:42

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Sport24.az xəbər verir ki, “Zirə” 8-ci turun oktyabrın 31-də keçiriləcək oyununda “Səbail”i qəbul edəcək.
 

İlk dövrədə rəqibini 2:1 hesabı ilə məğlub edən bu komanda ümumilikdə 13-cü dəfə “dənizçilər”lə üz-üzə gələcək. Belə ki, komandalar indiyədək Premyer Liqa çərçivəsində 12 dəfə qarşılaşıb. Bu duellərdə üstünlük “Zirə”nin tərəfindədir. 7 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 17 top keçirən “Zirə” 8 qol buraxıb.


“Zirə”nin üstünlüyü evdə keçirilən görüşlərdə də əksini tapıb. Doğma meydanda 5 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə uduzub. Top fərqi də zirəlilərin xeyrinədir – 8:5.


Qeyd edək ki, “Zirə” “Səbail”ə qarşı keçirdiyi son üç matçda qələbə qazanıb.

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB