TOP 10

“Qarabağ”ın rəqibinin ölkəsi irəliləyir, Azərbaycan yerində qalır – UEFA reytinqində

Futbol
Tarix: 2020-10-30 11:40

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Avropa Liqasında qrup mərhələsinin II turunun 24 qarşılaşmasından sonra cədvəldə bəzi dəyişikliklər olub.

 

Belə ki,“Qarabağ”ın rəqibi olan Təl-Əviv “Makkabi”sinin qələbəsi İsrailin irəliləməsi üçün yetərli olub. Keçən həftə Çexiyanı keçən israillilər bu dəfə də Xorvatiyanı arxada qoyub. Bu, onlara 19-cu sıraya qalxmaq imkanı verib.

 

Digər ölkələrin, o cümlədən Azərbaycanın mövqeyi dəyişməyib. Yalnız bir təmsilçisi mübarizəni davam etdirən Azərbaycan 26-cı sırada qalıb. Ölkəmizin aktivində 16,625 xal var. “Qarabağ”ın Türkiyədə “Vilyarreal”a 1:3 hesabı ilə uduzması bu əmsalı dəyişməz saxlayıb.

 

Qeyd edək ki, 83,997 xala malik İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb. İngiltərə və İtaliya da ilk “üçlük”də yer alıb.

 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB