TOP 10

"Sivasspor"un baş məşqçisi: "Qalan oyunlarımızda qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”

Futbol
Tarix: 2020-10-30 12:00

“Makkabi”ylə bütün matçı yaxşı oynadıq. Penaltiyə qədər üstünlük də bizdə idi”. Sport24.az xəbər verir ki, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rza Çalımbay deyib.
 

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan Sivas təmsilçisi evdə Təl-Əviv “Makkabi”sinə 1:2 hesabı ilə uduzub. Çalımbay ardıcıl ikinci məğlubiyyətdən sonra bütün oyunlarda qalib gəlməli olduqlarını bildirib: “Oyuna heyətlə bağlı çox böyük sıxıntılarla çıxdıq. Ehtiyatda cəmi 5 futbolçumuz var idi. Amma mükəmməl oynadıq. Sadəcə, şanssızlıqdan uduzduq. Penalti və qırmızı vərəqə matçın taleyini həll etdi. Qrupdan çıxmaq şansımız bitməyib. Qalan oyunlarımızda qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”.
 

 

Qeyd edək ki, “Sivasspor” qalan 4 oyundan 2-də “Qarabağ”la qarşılaşacaq.

  •  
28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB