TOP 10

İstanbulda Azərbaycan çempionuna dəstək: "Yanındayıq "Qarabağ"

Futbol
Tarix: 2020-10-29 21:49

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Vilyarreal” matçının İstanbulda keçiriləcəyi “Başakşəhər Fatih Terim” stadionunun qarşısında Azərbaycana və Ağdam klubu klubuna dəstək xarakterli plakatlar yerləşdirilib. Sport24.az-ın stanbula ezam olunmuş əməkdaşı xəbər verir ki,, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar diqqət çəkir.

 

Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan ölkəmizə dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

 

Qeyd edək ki, Ağdam klubunun “Vilyarreal”la görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
 

  •  
04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB