TOP 10

Reşford ÇL-də yeni rekord müəyyənləşdirdi

Dünya Futbolu
Tarix: 2020-10-29 19:10

“Mançester Yunayted”in futbolçusu Markus Reşford UEFA Çempionar Liqasında yeni rekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leyptsiq”lə matçda (5:0) nail olub.
 

Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.


Əvvəlki rekord 38 dəqiqəyə 3 qol vurmuş Kilian Mbappeyə məxsus idi. 


Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB