TOP 10

Çempionlar Liqasında yeni rekord

Dünya Futbolu
Tarix: 2020-10-29 18:00

Dortmund “Borussiya”sının UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Zenit”ə 2:0 hesabı ilə qalib gəldiyi oyun Almaniya klubunun hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, norveçli futbolçu turnirdə 10-cu oyununu keçirib.


Haland yubiley oyununda komandasının ikinci qolunu vurub. Bu, futbolçunun turnirdə vurduğu 12-ci qolu olub.


Bu, turnirin tarixində rekorddur. Heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda bu qədər qola imza ata bilməyib.


Halanda qədər ən yaxşı göstərici üç futbolçuya aid olub. Bunlar 10 matçda 9 dəfə fərqlənən Simone İnzaqi (“Latsio”), Harri Keyn (“Tottenhem”) və Sadio Manedir (“Liverpul”).

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB