TOP 10

“Neftçi”nin futbolçusu koronavirusdan sağaldı

Futbol
Tarix: 2020-10-29 14:42

“Neftçi”nin futbolçusu Prins İbara növbəti dəfə koronavirus testindən keçib. Sport24.az xəbər verir ki, 24 yaşlı hücumçunun sonuncu testi mənfi olub.


Bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bildirib. Klub rəsmisi konqolu oyunçunun tezliklə Bakıya qayıdacağını vurğulayıb.


Qeyd edək ki, Prins İbara Konqo millisinin düşərgəsində koronavirusa yoluxmuşdu.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB