TOP 10

Messi Çempionlar Liqasında rekorda imza atdı

Dünya Futbolu
Tarix: 2020-10-29 13:00

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb. Sport24.az xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.


Təcrübəli forvard G qrupunun ikinci turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.


Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 35-ci ötürməsidir. Messi bu göstəriciyə görə yalnız "Yuventus"da çıxış edən Kriştiano Ronaldodan (40 məhsuldar ötürmə) geri qalır.


Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB