TOP 10

ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

Dünya Futbolu
Tarix: 2020-10-29 12:08

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Sapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joao Feliks iddia edir.


Reşford qrup mərhələsinin ikinci turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Feliks Avstriya "Zalsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Sapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.


Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermədən sonra bəlli olacaq.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB