TOP 10

Nağıyevin komandası 13 cavabsız qolla 1/4 finalda

Dünya Futbolu
Tarix: 2020-10-29 11:21

Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Sokol”la qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb (13:0) və 1/4 finala yüksəlib.


Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB