TOP 10

“Milan”ın fəxri vitse-prezidenti təyin olundu - Sabiq kapitanı

Dünya Futbolu
Tarix: 2020-10-29 10:42

Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Franko Barezi “Milan”ın fəxri vitse-prezidenti təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

60 yaşlı veteran futbolçunun karyerası yalnız “Milan”la bağlıdır. Bu klubun yetirməsi olan, 1977-1997-ci illər aralığında 500-dən çox oyun keçirən müdafiəçi, altı dəfə İtaliya çempionu, üç dəfə Çempionlar Kubokunun/Çempionlar Liqasının qalibi olub. Barezi İtaliya millisində də 80-dən çox matça çıxıb.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB