TOP 10

"Vilyarreal" "Qarabağ"la görüşə 24 futbolçu gətirdi - itkilər var

Futbol
Tarix: 2020-10-29 09:44

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Vilyarreal”ın oyunun iştirak ərizəsi müəyyənləşib. Sport24.az xəbər verir ki, Primero təmsilçisi matçın baş tutacağı İstanbula 24 futbolçu ilə yollanıb.
 
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Müxtəlif səbəblərdən Xerard Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan Türkiyəyə gedən heyətdə yer almayıblar. Rəqibin baş məşqçisi Unay Emerinin sərəncamında olanlardan 4 oyunçu B siyahısından əlavə olunub.
 
 
Qapıçılar: 1. Serxio Asenxo, 13. Jeronimo Rulli (Argentina), 35. Filip Yorgensen (İsveç)


Müdafiəçilər: 2. Mario Qaspar, 3. Raul Albiol, 21. Xayme Kosta, 22. Sofian Çakla (Mərakeş), 20. Ruben Penya Ximenes, 24. Alfonso Pedraza, 4. Pau Torres, 6. Funes Mori (Argentina), 8. Xuan Foit (Argentina)
 

Yarımmüdafiəçilər: 10. Visente İborra, 14. Manu Trigeros, 23. Moi Qomes, 19. Frensis Kokelin (Fransa), 11. Samuel Çukvuze, 16. Takefusa Kubo (Yaponiya), Ramiro Querra, 32. Aleks Baena
 

Hücumçular: 9. Karlos Bakka (Kolumbiya), 12. Daniel Raba, 17. Pako Alkaser, 20. Fernando Ninyo.
 

Qeyd edək ki, bu gün “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.

  •  
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB