TOP 10

Liqa 1 matçı təxirə salındı – Koronavirusa görə

Dünya Futbolu
Tarix: 2020-10-29 11:41

Futbol üzrə Fransa çempionatının 9-cu turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Lans” oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
 

Qarşılaşmanın təxirə salınmasına qonaq komandada koronavirusa kütləvi yoluxmaların qeydə alınması səbəb olub. Belə ki, “Lans”ın 10-dan çox futbolçusunda koronavirus aşkarlanıb. Bu üzdən də matçın təxirə salınmasına qərar verilib. 


Qeyd edək ki, sözügedən matç oktyabrın 30-da keçirilməli idi.


Daha öncə eyni səbəbdən “Lans”ın 8-ci tur çərçivəsində oktyabrın 25-nə nəzərdə tutulan “Nant”la oyunu da təxirə salınmışdı.


8 turdan sonra 4-cü yerdə qərarlaşan “Olimpik” (Marsel) şərikli liderlər PSJ və "Lill"dən 3 xal geri qalır. “Lans" isə 7-ci pillədə qərarlaşıb.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB