TOP 10

Gündüz Abbaszadə "Qarabağ"ın matçını İstanbuldan şərh edəcək

Futbol
Tarix: 2020-10-29 10:00

"CBC Sport" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk ev matçını canlı yayımlayacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin İspaniyanın "Vilyarreal" klubuyla bu gün İstanbulda "Başakşəhər Fatih Terim" stadionundakı görüşü yerindən şərh olunacaq.

 

Bu məqsədlə "CBC Sport" şərhçisi Gündüz Abbaszadəni Türkiyəyə ezam edib. O, bu gün qardaş ölkəyə yollanacaq jurnalistlərlə birgə səfərə çıxacaq. Oyun Bakı vaxtilə saat 21:55-də başlayacaq.

 

Xatırladaq ki, Abbaszadə "Qarabağ"ın Avropa Liqasında son olaraq "Legiya"ya 3:0 hesabıyla qalib gələrək qrupa düşdüyü səfər matçını keçirildiyi Varşavadakı arenadan şərh edib. 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB