TOP 10

"Qarabağ" üçün evdə 7-ci cəhd, 10 oyunluq qələbəsizlik seriya

Futbol
Tarix: 2020-10-29 11:55

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk ev matçını keçirəcək. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Primeroda hazırda 2-ci pillədə gedən "Vilyarreal"ı qonaq edəcək. 

 

Ancaq bu, doğma Vətəndə yox, qardaş ölkədə Türkiyədə - İstanbulda "Başakşəhər Fatih Terim" stadionunda olacaq. Bu da onunla bağlıdı ki, UEFA-nın qərarına əsasən, Azərbaycan çempionu rəqiblərini neytral ölkədə qəbul etməlidi. 

 

Məlumdu ki, Qurban Qurbanovun komandası avrokuboklarda cari mövsümdə - hələ Çempionlar Liqasında çıxış edəndə də bir ev matçını ölkəmizdən kənarda keçirib. Ancaq Norveçin "Mölde" klubuyla Kiprin Larnaka şəhərinə təyin olunan matç rəqibin koronavirus pandemiyası üzündən ölkəsində tətbiq edilən karantin qaydalarına görə Azərbaycana gəlməkdən imtina etməsiylə bağlı olub. Nəticədə qitə futbol qurumu neytral məkan kimi ada təmsilçisini seçdi. Bu dəfə də Kipr, habelə Macarıstan və Polşa variantları olsa da, Azərbaycan tərəfinin təkidindən sonra UEFA Türkiyəylə bağlı müraciətini müsbət cavablandırdı. 

 

Bunadək Azərbaycanın UEFA bayrağı tərəfindən keçirilən yarışda ev matçlarını kənarda - məhz Türkiyədə keçirməsi olub. Bu, milli komandamızın debüt mövsümündə - AVRO-1996-nın seçmə mərhələsində Trabzon şəhərində "Avni Aker" stadonunda olub. Onda millimiz bütün matçlarını uduzaraq yalnz sonda Polşayla qolsuz bərabərliyə qalıb və bununla da ilk rəsmi xalını qazanıb. 

 

Tarixində 7-ci dəfə Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ” əvvəlki 6 mövsümdən 3-də ilk ev qarşılaşmasında xal qazanıb. “Sent-Etyen” və “Slovan”la heç-heçə edən “Qarabağ” “Anderlext”i məğlubiyyətə uğradıb. Bu, ümumiyyətlə, Azərbaycanın qrupda ilk ev qələbəsi kimi tarixə düşüb.

 

Lakin son üç ildə evdəki ilk matç uğursuz nəticələnib. Belə ki, ağdamlılar Çempionlar Liqasında “Roma”, Avropa Liqasında isə “Arsenal” və “Sevilya”ya uduzub.

 

"Qarabağ"ın qrupdakı ilk ev oyunları

18.09.2014. "Qarabağ"  - "Sent-Etyen" (Fransa) - 0:0

 

01.10.2015. "Qarabağ"  - "Anderlext" (Belçika)  - 1:0

Qol: Riçard Almeyda, 36

 

15.09.2016. "Qarabağ"  - "Slovan" (Çexiya) - 2:2

Qollar: Miçel Madera, 7, Rəşad Sadıqov, 90+4

 

27.09.2017. "Qarabağ"  - "Roma" (İtaliya) - 1:2

Qol: Pedro Enrike, 28

 

04.10.2018. "Qarabağ"  - "Arsenal" (İngiltərə) - 0:3

 

19.09.2019. "Qarabağ"  - "Sevilya" (İspaniya) - 0:3

 

“Qarabağ” ümumiyyətlə, avrokuboklarda son 10 ev oyununda qələbə qazana bilməyib. Bunların 7-də uduzan komanda 3 dəfə heç-heçə edib: “Atletiko”ya qarşı 2017/18 Çempionlar Liqasında (0:0) və ötən mövsüm APOEL-lə (2:2) “Düdelanj”a (1:1) qarşı matçlarda. Qurban Qurbanovun komandası qitəmiqyaslı yarışlarda son ev qələbəsini Avropa Liqasında 2016/17 mövsümünün qrup mərhələsinin III turunda PAOK üzərində qazanıb – 2:0.
 

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB