TOP 10

Azərbaycan klubları üçün yeni rəqib - ispanlara yalnız 1 qol vurmuşuq

Futbol
Tarix: 2020-10-29 14:00

Avropa Liqasının qrup mərhələsinin ilk ev matçında "Qarabağ"a rəqib olan "Vilyarreal” Azərbaycan klubları üçün yeni rəqibdir. Sport24.az xəbər verir ki, İspaniyanın digər klubları avrokuboklarda təmsilçilərimizlə görüşüb.

 

Belə ki, bu ölkənin klubları ilə yollarımız üç dəfə kəsişib. Bunlardan ikisi elə “Qarabağ”ın qrup mərhələsinə düşdüyü dövrə təsadüf edib. Ağdam klubu “Atletiko”dan iki dəfə xal (evdə 0:0, səfərdə 1:1) alsa da, “Sevilya”dan qol vurmadan məğlubiyyətlər görüb - evdə 0:3, səfərdə 0:2.

 

İspanlarla ilk qarşılaşan isə “İnter” olub. Hazırkı“Keşlə” “Atletik”ə qol vurmasa (0:2) da, evdə uduzmayıb - 0:0. Ümumilikdə, uduzmadığımız 6 qarşılaşmada 3 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. Bir qol vuran təmsilçilərimiz 8 top buraxıb. Bu yeganə qolun müəllfi də məhz ispan futbolçu olub. Söhbət "Qarabağ"ın bu yay müqaviləsinə xitam verdiyi təcrübəli yarımmüdafiəçi Miçel Maderadı. 

 

2015/16 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

"Atletik" (İspaniya) – "İnter" – 2:0, 0:0
 

2017/18 mövsümü
Çempionlar Liqası, qrup mərhələsi

"Qarabağ" – "Atletiko" (İspaniya) – 0:0, 1:1
 

2019/20 mövsümü, qrup mərhələsi
Avropa Liqası

"Qarabağ" – "Sevilya" (İspaniya) – 0:3, 0:2

 

Onu da bildirək ki, "Vilyarreal" avrokuboklarda yalnız 2 il ardıcıl - 2003 və 2004-cü illərdə İntertoto Kubokunun qalibi olmasıyla öyünə bilər. Komanda Çempionlar Liqası və Avropa Liqasında isə ən uzağı yarımfinaladək irələyə bilib. Bu, Avropanın ən nüfuzlu klub turnirində 1, səviyyəsinə görə ikinci yarışında 3 dəfə olub. 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB