TOP 10

"Vilyarreal" "Qarabağ" qarşısına 5 illik seriya ilə çıxacaq

Futbol
Tarix: 2020-10-29 16:00

Avropa Liqasının qrup mərhələsində İstanbulda “Qarabağ”ın qonağı olacaq “Vilyarreal” səfər matçının aşkar favoritidir. Sport24.az xəbər verir ki, Primero təmsilçisi Azərbaycan çempionu qarşısında uğurlu seriyasını davam etdirmək əzmindədir.

 

Belə ki, "Vilyarreal" Avropa Liqasının qrupundakı son 11 səfər qarşılaşmasında məğlubiyyət üzü görməyib. Axırıncı dəfə 2015/16 mövsümündə Vyanada “Rapid”ə uduzan (1:2) ispanlar son 11 matçın 3-də qələbə qazanıb, 8-də rəqibləri ilə bərabərə qalıb.

 

Digər tərəfdən, "Vilyarreal" bu mövsüm səfərdə qələbə qazana bilməyib. Belə ki, Unay Emerinin baş məşqçi olduğu komanda Primeroda rəqib meydanında keçirdiyi 2 görüşdə qolsuz heç-heçə edib, 1-də isə uduzub. Sonuncu - VII turda "Kadis"lə bərabərə qalan "Vilyarreal" daha əvvəl "Atletiko" ilə oyunda 1 xala razılaşıb və Kataloniyada "Barselona"ya 0:4 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı bu axşam "Başakşəhət Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

 

 

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB