TOP 10

Bakıya iki dəfə gələn, erməni təxribatına şahid Emeri - bu dəfə İstanbulda qonağımız olacaq

Futbol
Tarix: 2020-10-29 11:00

Avropa Liqasının iştirakçısı olan “Vilyarreal”ın baş məşqçisi Unay Emeri 3-cü dəfə "Qarabağ"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, əvvəlki 2 duel 2 il əvvəl - 2018/19 mövsümündə qrup mərhələsində “Arsenal“ın" sükanı arxası”nda “Qarabağ”a iki dəfə qalib gəlməsi zamanı olub - Bakıda 3:0, Londonda 1:0. 

 

İngiltərə paytaxtındakı görüşün son dəqiqələrində xoşagəlməz hadisə baş verib. Belə ki, erməni azarkeşlərdən biri qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydana çıxıb. Onun sinəsində erməni terrorçu Monte Melkonyanın şəkli olan köynəyi diqqət çəkib. Təxribatçı dərhal mühafizə əməkdaşları tərəfindən meydandan kənarlaşdırılıb.

 

Emeri bundan 1 il sonya yenidən paytaxtımıza gələrək, yenə Bakı Olimpiya Stadionunda matçın iştirakçısı olub. Bu, "Qarabağ"a rəqib olduğu mövsümdə “Arsenal”la Avropa Liqasının final oyunudu. "Topçular" həmşəhərliləri "Çelsi"yə böyükhesabla (1:4) uduzub və bu, Emerinin klubda son matçı olub. 49 yaşlı ispaniyalı mütəxəssis "Sevilya"ya 3 dəfə qalibi etdiyi Avropa Liqasında ən çox oyun keçirən baş məşqçisi – 80 görüş.

 

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı bu gün Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək. UEFA-nın qərarına əsaəsn, Ağdam klubu ev matçlarını neytral ölkədə keçirməlidi. 

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB