TOP 10

Bərdə yenə raket atəşinə tutuldu - 21 nəfər həlak oldu. Bu Vətən bizimdi!

Digər
Tarix: 2020-10-28 16:00

Bu gün - oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhəri raket atəşinə tutulub. Sport24.az xəbər verir ki, bədnam düşmən dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində həlak olanların sayı 21-ə çatıb, yaralanmış şəxslərin sayı 70-ə çatıb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatında bildirilir.

 

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB