TOP 10

UEFA-dan dəyişiklik - millimiz “İvan Laljak-İviç”də oynayacaq

Futbol
Tarix: 2020-10-28 16:49

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda gerçəkləşəcək.
 

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

23 Noyabr 2020
22 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB