TOP 10

Unay Emeri: “Qarabağ” sabah “Sivasspor” kimi oynayacaq”

Futbol
Tarix: 2020-10-28 16:30

İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu gün İstanbulda keçirilən mətbuat konfransında bunları söyləyib:


“İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm. Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".


Komandasının ümumi vəziyyəti barədə danışan ispan mütəxəssis Sofian Şakla ilə Funes Morinin tam sağaldığını söyləyib: "Onlar dünən kollektivlə birlikdə məşq ediblər. Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno isə zədəlidir. Amma tezliklə sıraya qayıdacaqlar".


Heyətdəki rotasiyalara da toxunan Emeri 4-2-3-1 taktiki sxemi ilə oynamağa davam edəcəklərini vurğulayıb: "Komanda inkişafdadır və getdikcə oyunçular bir-birilərini daha yaxşı başa düşürlər. Bəlkə də meydanın mərkəzində bir qədər çatışmazlıq var. Xüsusilə zədəlilər çox olanda bu, aşkar hiss olunur. B planımız da mövcuddur. Lakin mən eyni üslubda davam etməyin tərəfdarıyam".


Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB