TOP 10

“Liverpul”un daha bir futbolçusu sıradan çıxdı

Dünya Futbolu
Tarix: 2020-10-28 15:21

“Liverpul” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Fabinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Midtyulland”la matçında (2:0) zədələnən Fabinyonun son durumu tibbi müayinədən sonra bilinəcək.


“Liverpul”da bir müddət əvvəl Vircil van Deyk də zədələnmişdi. Əməliyyat olunan niderlandlı müdafiəçi üçün mövsüm bitib.

23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB