TOP 10

Qurban Qurbanov İstandulda danışdı: “Türkiyədə oynamaq üçün israr etdik”

Futbol
Tarix: 2020-10-28 10:00

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, İstanbul Hava Limanında qısa açıqlama verən 48 yaşlı mütəxəsis ev oyununu “Başakşəhər Fatih Terim” stadionunda keçirəcəkləri üçün sevincli olduqlarını söyləyib: “Bizə başqa ölkələr, stadionlar təklif olundu. Ancaq Türkiyədə oynamaq istədiyimizi dedik. Bunun üçün israr etdik. Burada oyun keçirəcəyimiz üçün sevincliyik. Qardaş ölkəyə sevə-sevə gəldik”.

 

Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 29-da “Vilyarreal”ı qəbul edəcək Azərbaycan çempionu dünən qardaş ölkəyə yollanıb 
 

 

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB