TOP 10

"Sumqayıt" ilk dövrədə - STATİSTİKA

Futbol
Tarix: 2020-10-28 10:29

Azərbaycan Premyer Liqasında 7 turluq 1-ci dövrə artıq geridə qalıb. Sport24.az xəbər verir ki, “Sumqayıt  ilk dövrənin oyunlarını 4 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yekunlaşdırıb. 7 oyuna 11 qol vurub, öz qapısında isə 7 top görən komanda 14 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qeyd edək ki, belə nəticə “Sumqayıt”ıb 10 illik tarixində ilk dəfə qeydə alınıb.
 

Baş məşqçi Ayxan Abbasov geridə 7 tur ərzində 19 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan 7-si – Vurğun Hüseynov, Tellur Mütəllimov, Əli Qurbani, Rəhim Sadıxov, Elvin Bədəlov, Murad Xaçayev və Xəyal Nəcəfov ilk dövrənin bütün qarşılaşmalarında iştirak edib. Onu da qeyd edək ki, Hüseynov, Bədəlov və Mütəllimov dövrə ərzində əvəzlənməyən futbolçular olub.
 

Komanda ilk dövrədə 11 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 6 qolu Qurbani (7 oyun, 553 dəqiqə) rəqib qapısından keçirib. Qeyd edək ki, Əli bu göstərici ilə hal-hazırda çempionatın bombardiridir. Digər qolları isə Süleyman Əhmədov, Cəmaləddin Xocaniyazov, Rəhim Sadıxov, Tellur Mütəllimov və Səbuhi Abdullazadə tora ünvanlayıb.
 

Vurğun Hüseynov – 7 oyun (630 dəqiqə)

Tellur Mütəllimov – 7 (630)

Elvin Bədəlov – 7 (630)

Rəhim Sadıxov – 7 (570)

Əli Qurbani – 7 (553)

Murad Xaçayev – 7 (533)

Xəyal Nəcəfov – 7 (444)

Cəmaləddin Xocaniyazov – 6 (540)

Vüqar Mustafayev – 6 (540)

Aydın Bayramov – 6 (495)

Adəm Həmati – 6 (281)

Eltun Turabov – 5 (220)

Süleyman Əhmədov – 4 (345)

Cavid İmamverdiyev – 4 (122)

Səbuhi Abdullazadə – 3 (130)

Rüfət Abdullazadə – 3 (53)

Kərəm Sultanov – 3 (6)

Mehdi Cənnətov – 2 (145)

Elvin Məmmədov – 1 (74)

 

 

 

Tweet

23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB