TOP 10

"Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”

Futbol
Tarix: 2020-10-28 09:41

“Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir". Sport24.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov bildirib.

 

Avropa çempionatının seçmə mərhələsində son 2 matçını səfərdə keçirən millimiz Polşaya və Çexiyaya 0:3 hesabıyla uduzub. Əsgərov pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başladıqlarını vurğulayıb: "Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB