TOP 10

Bundesliqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-10-28 11:41

Almaniyanın “Hoffenhaym” klubu müdafiəçisi Ştefan Poşla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər arasında imzalanan yeni müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.

 

Mərkəz müdafiəçisi olan Poş, 2016-cı ildən “Hoffenhaym”ın uğurları üçün çalışır. 23 yaşlı futbolçu bu komandaya “Admira Vakker” klubundan transfer olunub. Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, 2019-cu ildən əsas milliyə dəvət alır.

23 Noyabr 2020
22 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB