TOP 10

Millimizin Sloveniya ilə oyununun tarixi dəyişdirildi

Futbol
Tarix: 2020-10-27 13:42

Futbol üzrə Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da yox, 11-də keçiriləcək.
 

Matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komandamız ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB