TOP 10

“Qarabağ”ın rəqibi 38 yaşlı futbolçusunu itirdi

Futbol
Tarix: 2020-10-27 14:00

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Təl-Əviv “Makkabi”si itki ilə üzləşib. Sport24.az xəbər verir ki, müdafiəçi Tal Ben Haim İsrail çempionatının V turunda Beer-Şeva “Hapoel”i ilə görüşdə zədələnib.

 

67-ci dəqiqədə meydanda daxil olan İsrail millisinin sabiq üzvü qolsuz bərabərlik nəticənin matçın gedişində rəqib futbolçunun dirsək zərbəsindən sonra qabırğasında ağrılar hiss edib. 38 yaşlı futbolçu sona qədər meydanda qalsa da, onun bir neçə oyunu buraxması istisna edilmir. Veteran müdafiəçinin nə zaman yaşıl meydanlara dönəcəyi bərpa prosesindən asılı olacaq.

 

Qeyd edək ki, “Makkabi” Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə 1:0 hesablı qələbə qazandığı "Qarabağ"la səfər matçını dekabrın 3-də keçirəcək. 
 

  •  
30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB