TOP 10

Turun "Ən"lərində ilk dövrənin "simvolik yığma"sı - "Sumqayıt" burda da hegemondu

Futbol
Tarix: 2020-10-27 13:12

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə ilk dövrə sona çatdı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə yeni çempionatın ilk dövrəsinin "simvolik yığma"sını təqdim edir.

 

 

İlk dövrənin "simvolik yığma"sı

 

Qapıçı: Aydın Bayramov ("Sumqayıt", 2)

 

Müdafiəçilər: Azər Salahlı ("Keşlə", 3) - Camaləddin Xocaniyazov ("Sumqayıt", 2) - Murad Musayev ("Qəbələ", 2) - Yurgen Qoxa ("Qəbələ", 2)

 

Yarımmüdafiəçilər: Vüsal İsgəndərli ("Keşlə", 2) - Elvin Camalov ("Zirə", 2) - Xəyal Nəcəfov ("Sumqayıt", 2) - Rəhman Hacıyev ("Keşlə", 2) - Namiq Ələsgərov ("Neftçi", 4)

 

Hücumçu: Əli Qurbani ("Sumqayıt", 4)

 

Baş məşqçi: Ayxan Abbasov ("Sumqayıt", 3)

 

Göründüyü kimi, rəmzi komandada "Sumqayıt"ın hegemonluğu diqqət çəkir. Hər halda, bu, təsadüfi deyil. Çünki ilk dövrənin vahid lideri məhz Ayxan Abbasovun komandası oldu. Abbasov ən çox turun baş məşqçisi seçilməklə də vahid liderdi. Onun baş məşqçisi olduğu "simvolik yığma"da 4 futbolçusu var. "Keşlə" bu komandada 3, "Qəbələ" 2, "Neftçi" və "Zirə" hərəyə 1 futbolçuyla təmsil olunub. Göründüyü kimi, onlardan ən azı 2 dəfə düşənlərdən ibarət, 4-5-1 taktiki sxemindən ibarət "11-lik" qurmuşuq. 

 

İlk dövrədə rəmiz komandaya ən çox düşən futbolçular isə Əli Qurbaniylə Namiq Ələsgərovdu - hərəyə 4 dəfə. Onlar bombardirlər yarışında da ilk 2 pillənin sahibləridi. Belə ki, Qurbani 6 qolla 1-ci, Ələsgərov 5 qolla onun ən yaxın izləyicisidi. 

 

Onu da bildirək ki, ilk dövrənin "simvolik yığma"sına mövqelər üzrə eyni sayda düşən futbolçular arasında seçim edərkən, klubu turnir cədvəlində irəlidə olana üstünlük vermişik. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB