TOP 10

"Zirə"nin legioneri Kamerun yığmasıyla görüşəcək

Futbol
Tarix: 2020-10-27 13:00

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, bu milli komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

 

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin cinah yarımmüdafiəçisi Klesio Bauk da var. Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.

 

Xatırladaq ki, indiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı Bauk 5 qol vurub. O, keçən mövsümü "Qəbələ"də keçirib və Azərbaycanda legioner həyatı yaşayan ilk mozambikli futbolçu kimi tarixə düşüb. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB