TOP 10

"Vilyarreal" Türkiyədə məşq etməyəcək

Futbol
Tarix: 2020-10-27 12:12

"Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 29-da "Başakşehir Fatih Terim stadionu"nda qonaq olacaq "Vilyarreal" Türkiyədə məşq etməyəcək. Sport24.az xəbər verir ki, İspaniya təmsilçisi İstanbula oktyabrın 28-i axşam saatlarda eniş edəcək.

 

Komanda oyunöncəsi son məşqini öz bazasında edərək yola düşəcək və İstanbulda məşq çıxmayacaq. Buna səbəb oyunun keçiriləcəyi stadionda 1 gün öncə Çempionlar Liqasının (ÇL) "Başakşehir" - PSJ matçının keçirilməsidi. "Vilyarreal"ın baş məşqçisi Unay Emeri oyunöncəsi mətbuat konfransını da İspaniyada keçirəcək.

 

Xatırladaq ki, "Qarabağ" artıq bu gün Trükiyəyə yollanacaq. Təmsilçimiz məlum ÇL matçıyla əlaqədar həmin stadionda məşq edə, mətbuat konfransı keçirə bilməsə də, bunu İstanbulda başqa məkanda reallaşdıracaq. 

30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB