TOP 10

"Maksimir"də 2-ci, Xorvatiyada 3-cü dəfə - Şeydayevlə sensasiyaya yaxın olduğumuz məkan

Futbol
Tarix: 2020-10-27 11:26

Azərbaycan milli komandası tarixində 3-cü dəfə Xorvatiyada oyun keçirəcək. Sport24.az xəbər verir ki, millimiz bu dəfə həmin ölkədə meydan sahibi olacaq. 

 

Məsələ ondadır ki, UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Monteneqro oyununun neytral meydanda təşkil olunması barədə Avropa futbol təşkilatının müvafiq qərarı nəzərə alınaraq, AFFA qarşılaşmanın Xorvatiyanın Zaqreb şəhərində keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib. Millimiz noyabrın 10-da Lyublyana şəhərində Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirəcək və Zaqrebin təklif olunmasının səbəbi həmin ölkənin paytaxtına yaxın məsafədə yerləşməsidir.

 

Millimizə Monteneqronu qəbul edəcəyi "Maksimir" stadionu tanışdı. Belə ki, keçən seçmə mərhələnin startında, xorvariyalı baş məşqçi Nikola Yurçeviçin debüt matçında orda meydan sahibləriylə görüşərək 1:2 hesabıyla uduzmuşuq. Hərçənd, son dünya çempionatının gümüş medalçısıyla qarşılaşmada hesabı ilk hissədə hücumçumuz Ramil Şeydeyev açıb və millimiz fasiləyə hesabda irəlidə yollanıb.

 

Yığmamız 6 il əvvəl, almaniyalı baş məşqçi Berti Foqtsun son matçında isə Xorvatiya yığmasıyla Zaqrebdə yox, Osiyek şəhərində üzləşib və 0:6 hesabıyla darmadağın olunub. 

 

Azərbaycan "Maksimir"də UEFA bayrağı altında klub səviyyəsi turnirdə də iştirak edib. Bu, 2007-ci ildə "Xəzər Lənkəran"n Çempionlar Liqasında debütündə Zaqrebdə "Dinamo"suyla cavab matçı olub. Görüş 120 dəqiqə davam edib ki, buna da səbəb Bakıda olduğu kimi, 1:1 hesablı bərabərliyin qeydə alınması olub. Əlavə 30 dəqiədə 2 qol vuran rəqib 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB