TOP 10

Millimiz Çexiyaya yenə məğlub oldu

Futbol
Tarix: 2020-10-27 22:04

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komandamız Xomutov şəhərində Çexiya millisi ilə qarşılaşıb.

 
Adıçəkilən yığmalar arasında ötən il noyabrın 5-də “Bayıl Arena"dakı görüş rəqibin 4:0 hesabıyla qələbəsiylə nəticələnmişdi. Xalsız və qrup autsayderi olan millimiz bu oyunda da uğursuz gedişata son qoymağı bacarmayıb və darmadağına üzülüb.

 
AÇ-2021-in seçmə mərhələsi
D qrupu

27 oktyabr
 

Çexiya - Azərbaycan 3:0
Qol: Klara Cahinova, 27. Tereza Kreyçirikova, 52. Tereza Sevyeçkova, 64.
Hakimlər: Eşter Urban, Xudit Kulçşar, Katalin Török (hamısı Macarıstan), Volqa Tsiareşka (Belarus).
 

Çexiya: 1. Barbora Votikova, 4. Petra Bertholdova (k), 6. Eva Bartonova (2. Anna Dlaskova, 61), 7. Lusie Martinkova (9. Miroslava Mrazova, 61), 8. Jana Petrikova, 10. Katerina Svitkova (19. Simona Necidova, 72), 12. Klara Cahinova, 14. Petra Vişteynova, 17. Tereza Sevyeçkova (15. Marketa Ringelova, 72), 18. Kamilla Dubçova (11. Tereza Kreyçirikova, 46), 21. Andrea Staşkova.
Ehtiyat oyunçular: 16. Olivye Lukaşova, 23. Hana Sloupova, 3. Elişka Sonntaqova, 5. Qabriela Şlaysova, 22. Franni Çerna.
Baş məşqçi: Karel Rada.
Azərbaycan: 1. Aytac Şərifova (k), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 7. Vüsalə Hacıyeva, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva (20. Roza Quliyeva, 88), 15. Kamilla Məmmədova (14. Coşqunə Əliyeva, 90+1), 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (k) (19. Sona Rəhimova, 80), 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Elvira Əskərzadə, 22. Nərgiz Əliyeva, 5. Ayşən Əhmədova, 6. Rövşanə Sərdarlı, 8. Nisrina Zerioul, 11. Nəslihan Bozkaya.
Baş məşqçi: Siyasət Əsgərov.
 
İspaniya – 13, Çexiya - 13, Polşa – 11, Moldova – 3, Azərbaycan – 0.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB