TOP 10

"Vilyarreal"ın hansı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

Futbol
Tarix: 2020-10-27 10:18

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ında zədəli futbolçuların durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Primero təmsilçisinin 2 oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan çox güman, meydana çıxa bilməyəcək.

 

Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Çakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.

 

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbulda "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. 

 

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB